image-1backend

Reuters: “ İran  Çindən hipersəs raketləri alacaq” 

image-ads-728x90

Bu gün “Reuters” agentliyi xəbər verib ki, İran Çin istehsalı olan gəmi əleyhinə hipersəs raketlərinin alınması ilə bağlı müqaviləni yekunlaşdırmaq üzrədir.

Korrekt.az xəbər verir ki, söhbət Çin istehsalı olan CM-302 tipli raketlərdən gedir. Bu raketlərin uçuş məsafəsi təxminən 290 kilometrdir. Bildirilir ki, raket aşağı hündürlükdə və yüksək sürətlə hərəkət edərək hədəfə yaxınlaşır, bu isə onun gəmi müdafiə sistemlərindən yayınmasını asanlaşdırır.

Mənbələrin sözlərinə görə, Tehran və Pekin arasında danışıqlar təxminən iki il əvvəl başlayıb. Ancaq son 12 günlük İsrail–İran müharibəsindən sonra proses sürətlənib.

Agentlik qeyd edir ki, əgər müqavilə tamamlanarsa, bu, son onilliklər ərzində Çindən İrana ən qabaqcıl hərbi texnologiya transferlərindən biri olacaq. Eyni zamanda, belə bir satışın 2006-cı ildən qüvvədə olan BMT silah embarqosu kontekstində mübahisəli məqamlar doğura biləcəyi vurğulanır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki