image-1backend

Türkiyə BU ÖLKƏDƏ hərbi baza QURUR – Strateji obyektləri QORUYACAQ

image-ads-728x90

Türkiyə Məkkə Müdafiə Paktı çərçivəsində krallıqdakı hərbi iştirakını genişləndirmək planları fonunda Səudiyyə Ərəbıstanında öz hərbi bazasını qura bilər.

Korrekt.az  xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Bundan əvvəl Ankaranın yaxın həftələrdə Səudiyyə Ərəbıstanına məhdud tərkibli hərbi kontingent və texnika göndərəcəyi bildirilirdi.

Türkiyə 2025-ci ildən etibarən mühüm infrastruktur obyektlərinin mühafizəsi məqsədilə bu ölkədə 200-dən çox hərbi mütəxəssis, texniki heyət, həmçinin Hava Hücumundan Müdafiə (HHM) və Radioelektron Mübarizə (RƏM) vasitələri saxlayır.

Nəşrin məlumatına görə, oktyabrın 5-də Ər-Riyadda Məkkə Alyansına daxil olan ölkələr (Pakistan, Səudiyyə Ərəbıstanı və Türkiyə) birgə müdafiə öhdəliklərinin icrasına və hərbi qüvvələrin dislokasiyasına dərhal başlamaq haqqında qərar qəbul ediblər. Bu qərar çərçivəsində Türkiyə özünün yaxın və orta mənzilli HHM sistemləri ilə Səudiyyə Ərəbıstanının dörd ən strateji qaz və elektrik enerjisi obyektinin təhlükəsizliyini təmin edəcək. Regiona göndəriləcək şəxsi heyətin sayı isə yaxın günlərdə dəqiqləşdiriləcək.

Səudiyyə Ərəbıstanına hərbi kontingentin göndərilməsi haqqında qərarı Türkiyə Böyük Millət Məclisi (TBMM) qəbul etməlidir. Səsvermənin oktyabr ayı ərzində keçiriləcəyi gözlənilir.

Açıq mənbələrin məlumatına görə, Türkiyə hazırda dünyanın 12 ölkəsində hərbi bazalara malikdir. Bunlardan ən böyüyü 30 mindən çox şəxsi heyətin yerləşdiyi Şimali Kipr Türk Respublikasındadır (ŞKTR). Bundan əlavə, Türkiyənin Qətər, İraq, Suriya, Somali, Liviya və digər bir sıra ölkələrdə də hərbi bazaları fəaliyyət göstərir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki