Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Ethem Hacıosmanoğlu futbolda davam edən mərc araşdırması ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, Hacıosmanoğlu bildirib ki, təqdim olunmayan məlumatlarla bağlı prokurorluğa müraciət edilib: “Futbolda təlatüm var. Bundan bəzi klublar zərər görəcək. Məlumatlar hökumətdən bizə gəlir. Bir-iki il bu işlərlə məşğul olacağıq, amma nəticələr sabah daha aydın olacaq.”
O, həmçinin vurğulayıb ki, vəziyyəti sulandırmağa çalışanlar və manipulyasiya edənlər müxtəlif sahələrə təsir göstərməyə çalışırlar: “Araşdırmaya hakimlərdən başladıq, oyunçularla da davam edirik. Bu həftə nazirlikdən məlumatlar gələcək. Tərcüməçilər, nümayəndələr və skautlar bu araşdırmadan sonra, inşallah, klublarımız da öz yollarını aça biləcəklər.”
Hacıosmanoğlu, davam edən mərc araşdırmasının futbolda ciddi dəyişikliklərə səbəb olacağını və bəzi klubların bundan zərər görəcəyini qeyd edib.





















