image-1backend

Türkiyədə mədəniyyət və incəsənət sahəsində tarixi rekordlar əldə edib

image-ads-728x90

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ərsoy açıqlayıb ki, 2025-ci ildə ölkə mədəniyyət və incəsənət sahəsində Türkiyə  tarixində ən yüksək göstəricilərə nail olub. Korrekt.az xəbər verir ki, muzeylərdən səhnələrə, kitabxanalardan arxeoloji yerlərə qədər geniş sahələrdə uğurlar əldə olunub.

Ərsoy bildirib ki, “Türkiyə Mədəniyyət Yolu Festivalı” 2025-ci ildə 26 vilayətdə 50.000-dən çox sənətçinin iştirakı ilə 9.600 tədbirə ev sahibliyi edib. 2026-cı ildə isə festivalın 26 vilayətdə davam edəcəyi gözlənilir.

Teatr və balet sahəsində 64 səhnə, 2,5 milyon tamaşaçı hədəflənir. Dövlət Opera və Baletinin 2025-2026 mövsümündə 1.350 tamaşa və 775.000 tamaşaçı proqnozlaşdırılır. Biletləri 45 saniyədə satılan “Şelkunçik” tamaşası xüsusi maraq doğurub.

Kino sektorunda dəstək 2017-ci ildə 56 milyon lirədən 2025-ci ildə 491,6 milyon lirəyə çatıb. Mini serial strategiyası ilə türk serialları 170 ölkədə yayımlanır.

Kitabxanalarda oturacaq sayı 150.000-ə, istifadə sahəsi 789.000 kvadratmetrə çatıb. Rami Kitabxanası 3,6 milyon ziyarətçini qəbul edib. Müəllif hüquqları gəlirləri 2025-ci ilə qədər 3 milyard lirəyə çataraq rekord qırıb.

Arxeologiya sahəsində 255 qazıntı sahəsi fəaliyyət göstərir, 15.000-dən çox tapıntı elm dünyasına təqdim olunub. Gecə Muzeyləri proqramı 27 muzey və arxeoloji əraziyə yayılaraq 600.000 ziyarətçiyə çatıb.

Ərsoy həmçinin Haydarpaşa və Sirkeci stansiyalarının mədəniyyət və incəsənət mərkəzlərinə çevriləcəyini açıqlayıb. Nazir mədəniyyət və incəsənəti milli yaddaş və gələcək miras kimi dəyərləndirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki