Son günlər sosial mediada Türkiyənin məşhur sənətçiləri Yıldız Tilbe və Hülya Avşar arasında illər əvvəl yaşandığı iddia edilən bir mübahisə yenidən gündəmə gəldi.
Korekt.az xəbər verir ki. sosial mediada yayılan xəbərlərə görə, Hülya Avşar Tilbeyə “Çox çirkinsən, aktyorluğu burax. Kimə lazımsan?” deyib. Yıldız Tilbe isə buna “Bəli, çox gözəlsən. Hər kəs üçün faydalı ola bilərsən, qapı zəngi kimisən, gələn hər kəs onu çalır” -cavabını verib.
Bu iddialar qısa müddətdə gündəm olub və Yıldız Tilbe ilə Hülya Avşar arasında yeni bir gərginliyə səbəb olub.
Lakin Yıldız Tilbe bu iddialara qarşı çıxaraq, belə bir mübahisənin olmadığını bəyan edib. Verilən açıqlamada, “Salamlar, Hülya Avşar haqqında günlərlə yazılmış o təhqiramiz cümlələr ağzımdan çıxmadı. 10 il əvvəl baş verən bir hadisədə demədiyim sözlərin mənim şəklimlə birlikdə paylaşılmasını, sanki mən demişəm kimi istifadə edilməsini və yenilənməsini doğru hesab etmirəm,” deyə bildirib.
Yıldız Tilbe, hər hansı bir təhqir etmədiyini və bu cür iddiaların həqiqəti əks etdirmədiyini bildirdi. Bu açıqlamalar, iddiaların yanlış olduğuna dair bir aydınlıq gətirərək mübahisənin sonlandırılmasını gözləyir.






















