Korrekt.az xəbər verir ki, İspaniya çempionatının 14-cü turunda dünən axşam saatlarında turnirin son komandalarından olan “Jirona” ilə oyunu 1:1 hesabı ilə başa vuran “Real Madrid” daha bir xal itirib. Bu nəticə Madrid klubunun turnir cədvəlində birinci yeri “Barselona”ya uduzmasına səbəb olub.
Jurnalist Pepe Alvaresin yaydığı məlumata görə, kral klubunun rəhbərliyi baş məşqçi Xabi Alonsonun istefaya göndərilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir. Onun gələcəyi, şayiələrə görə, qarşıdakı matçların nəticələrindən asılı olacaq.
Bununla belə, klub prezidenti Florentino Peresin Alonsonun mümkün əvəzləyicisi kimi yeganə real namizəd kimi Zinəddin Zidanı gördüyü bildirilir.





















