image-1backend

6 Fevral zəlzələlərinin ücüncü ili: Həm kədər, həm ümid

image-ads-728x90

“6 fevral 2023-cü il tarixində yaşadığımız Kahramanmaraş mərkəzli zəlzələlər hər birimizin qəlbində dərin izlər buraxmışdır”.

Korrekt.az bildirir ki, bu sözlər Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Durana məxsusdur.

O həmçinin qeyd edib:

“Əsrin fəlakəti” kimi xarakterizə olunan bu böyük dağıntı, eyni zamanda millətimizin həmrəylik ruhunu, yardımlaşma şüurunu və yenidən ayağa qalxmaq əzmini də ortaya qoymuşdur.

Bu prosesdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qətiyyətli və iradəli liderliyi altında dövlətimizin bütün imkanları səfərbər edilmiş, fəlakətin ilk anlarından etibarən vətəndaşlarımızın yaralarının sarılması üçün tarixi miqyasda bir səfərbərlik həyata keçirilmişdir.

Cənab Prezidentin sahədə nümayiş etdirdiyi güclü iradə, vizyon və daimi nəzarət həm dövlət qurumlarına istiqamət vermiş, həm də millətimizə mənəvi dayaq olmuşdur.

Zəlzələ bölgəsində tariximizin ən genişmiqyaslı yenidənqurma və inkişaf addımı atılmışdır.

Şəhərlərimiz müasir infrastruktur, sosial obyektlər və ətraf mühitə həssas memarlıqla yenidən qurulmuş, tarixi məkanlar və abidələr yenidən dirçəldilmişdir.

Bu böyük transformasiya təkcə fiziki məkanları deyil, həm də millətimizin ümidini, daxili rahatlığını və gələcəyə olan inamını yenidən inşa etmişdir. Hər bir yeni mənzil dövlətimizin vətəndaşına uzanan güclü əlini, millətimizin sarsılmaz iradəsini və birlik ruhunu təcəssüm etdirən bir rəmzə çevrilmişdir.

Bu duyğularla, 6 fevral zəlzələlərində həyatını itirən bütün vətəndaşlarımızı bir daha rəhmət və dualarla yad edir, Uca Allahdan ölkəmizi və millətimizi hər cür fəlakətdən qorumasını diləyirəm.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki