Korrekt.az xəbər verir ki, Reyqan Milli Müdafiə Assosiasiyasının iclasında çıxış edən ABŞ hərbi katibi Pit Heqset İslam Respublikasının nüvə obyektlərinə edilən hərbi hücumu Vaşinqtonun “həlledici gücünün” əlaməti kimi dəyərləndirib və Trampın İranın nüvə bombası əldə etməsinin qarşısını almaq vədini yerinə yetirdiyini söyləyib.
O, hücumu Vaynberger Doktrinasının uzunmüddətli müharibə olmadan həyata keçirilməsinin nümunəsi kimi xarakterizə edib.





















