image-1backend

ABŞ-ın növbəti hədəfləri İran və Danimarka ola bilər- “The New York Times”

image-ads-728x90

ABŞ-ın Venesuelaya endirdiyi hava zərbələri beynəlxalq aləmdə ciddi narahatlıq yaradıb. “The New York Times” qəzeti Venesuelanın yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir ki, hücumlar nəticəsində mülki şəxslər və hərbçilər də daxil olmaqla azı 40 nəfər həlak olub.

“The Guardian” isə yazır ki, Venesuelada baş verən son hadisələr bir sıra ölkələrin hökumətlərində ciddi narahatlığa səbəb olub. Qəzetin məlumatına görə, xüsusilə İran və Danimarka mümkün növbəti gərginlik ocaqları kimi diqqət mərkəzinə düşüb.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Tehrana qarşı sərt tədbirlərə hazır olduğunu bəyan edib. Eyni zamanda, Danimarkanın tərkibində olan Qrenlandiya ilə bağlı açıqlamaları da beynəlxalq müzakirələrə yol açıb.

Mövzu ilə bağlı diqqət çəkən digər məqam isə Ağ Evin Baş Qərargah rəisinin müavini Stiven Millerin həyat yoldaşı Keti Millerin sosial şəbəkə paylaşımı olub. O, ABŞ bayrağının rənglərində tərtib edilmiş Qrenlandiya xəritəsini “tezliklə” qeydi ilə paylaşaraq ictimaiyyət və siyasi dairələrdə əlavə suallar doğurub.

Analitiklər hesab edirlər ki, Venesuelada baş verənlər ABŞ-ın xarici siyasətində daha sərt mərhələyə keçid kimi qiymətləndirilə bilər və bu, yeni geosiyasi riskləri gündəmə gətirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki