image-1backend

ABŞ-ın Qrenlandiya yolunu  Avropa kəsib – WSJ

image-ads-728x90

Bu ay Danimarka, Fransa və digər Avropa ölkələrinin Qrenlandiyaya hərbi qüvvələr göndərməsi ABŞ-ın ada üzərində hərbi əməliyyatlar aparmasının qarşısını almaq məqsədilə həyata keçirilib. Korrekt.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Rəsmi açıqlamalarda Avropa paytaxtları yerləşdirməni Rusiya və Çin qarşısında hərbi təlimlər kimi təqdim edib və açıq şəkildə ABŞ-a yönəlmiş hərəkət olduğunu etiraf etməyib.

Əvvəlcə Financial Times xəbər verib ki, bu hərbi yerləşdirmə Vaşinqtonla aparılan “aylarla səmərəsiz diplomatiya”dan sonra baş tutub. Məlumatda qeyd olunub ki, Kopenhagen ABŞ-dan Qrenlandiyaya münasibətdə niyyətləri ilə bağlı təminat tələb etsə də, cavab ala bilməyib. Təlimlər çərçivəsində Danimarka, Almaniya və Fransadan bir neçə onluq hərbi qulluqçu, həmçinin Finlandiyadan iki və Böyük Britaniyadan bir əsgər göndərilib.

Yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində açıqlama verərək bildirib ki, ABŞ Qrenlandiyanın tam və yekun əldə olunmasına qədər Böyük Britaniya, Almaniya, Danimarka, Hollandiya, Norveç, Finlandiya, Fransa və İsveçə 10%-lik tariflər tətbiq edəcək. Qərar fevralın 1-dən qüvvəyə minəcək, iyunun 1-də isə tarif 25%-ə yüksələcək.

Tramp Avropanın Qrenlandiyaya qüvvə göndərmək niyyətini “çox təhlükəli oyun” adlandırıb və adanın ABŞ-ın milli təhlükəsizliyini gücləndirmək və “Golden Dome” raket müdafiə sistemini effektiv yerləşdirmək üçün vacib olduğunu vurğulayıb.

Qrenlandiya Danimarkanın muxtar ərazisi hesab olunur. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiya Müdafiə Müqaviləsi imzalayıb. Müqaviləyə görə, ABŞ adanı mümkün təcavüzdən qorumağı öz üzərinə götürüb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki