ABŞ-ın İrana qarşı əməliyyat zamanı hərbi xərcləri təxminən 37 gün davam edən aktiv hərbi əməliyyatlar zamanı 42,1 milyard dolları keçib.
Korrekt.az xəbər verir ki, bu barədə Iran War Cost Tracker saytı məlumat yayıb.
Qeyd olunur ki, Vaşinqton Yaxın Şərqdəki hərbi əməliyyatların ilk altı günündə 11,3 milyard dollar xərcləyib və münaqişənin sonrakı hər günü üçün təxminən 1 milyard dollar xərcləməyi planlaşdırıb.
Qeyd olunur ki, bu rəqəmə qoşunların hərəkəti və hərbi texnikanın təmiri kimi müəyyən xərclər daxil olmaya bilər. Buna görə də, faktiki xərclər xeyli yüksək ola bilər.





















