image-izobrazhenie-whatsapp-2025-09-02-v-12-43-03_7b104fe8-372x210backend

“ABŞ Maduro kimi Kadırovu da həbs edəcək ” – ŞOK İDDİA

image-ads-728x90

“ABŞ-ın Rusiyanı sülhə məcbur etmək üçün kifayət qədər təsir vasitələri var .  Çeçenistan rəhbəri Ramzan Kadırovun həbs etməklə Rusiyanı sülhə məcbur etmək olar”- bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski onlayn brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz sülhün olması, diplomatiyanın işləməsini istəyirik və bunun üçün əlimizdən gələni edirik. Lakin sülh razılaşması olmazsa, tərəfdaşlar daha çevik qərarlar qəbul etməlidirlər”, – deyə Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, bəzi ölkələr müharibəyə sanki Ukraynanın deyil, başqalarının problemi kimi yanaşırlar.

“Onlar hər şeyi bilirlər – hava hücumundan müdafiə sistemləri, güclü ordumuz, dron istehsalı üçün maliyyə, səmanın qorunması. Bunu hamı anlayır”, – Zelenski vurğulayıb.

“Onlar əməliyyat keçirdilər və bütün dünya nəticəni gördü. Qoy eyni addımı Kadırovla bağlı da atsınlar. Bu qatillə. Bəlkə onda Putin də düşünməyə başlayar”, – Zelenski bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki