İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri 348 Amerika əsgəri yaralanıb.
ABC News bu statistikanı Pentaqona istinadən yayıb.
Məlumata görə, yaralılardan 315-i artıq xidmətə qayıdıb. Ən azı 10 əsgərin vəziyyəti ağır olaraq qalır. Statistika göstərir ki, orta hesabla hər gün 11 Amerika əsgəri yaralanır.
Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn daha əvvəl bildirmişdi ki, Amerika hərbçiləri arasında xəsarətlərin əksəriyyəti İran dronlarının zərbələri nəticəsində baş verib.
Rəsmi məlumatlara görə, döyüşdə 13 Amerika əsgəri həlak olub.





















