image-1backend

ABŞ səfirliyi amerikalıları İraqı tərk etməyə çağırır

image-ads-728x90

Səfirliyin rəsmi saytında bildirilir ki, ABŞ-ın İraqdakı səfirliyi vətəndaşlarını dərhal ölkəni tərk etməyə və Bağdaddakı diplomatik nümayəndəliyin və Ərbildəki konsulluğun yaxınlığındakı ərazilərə baş çəkməkdən çəkinməyə çağırıb.

Səfirlik bildirib ki, “ABŞ vətəndaşları dərhal İraqı tərk etməlidirlər. Davam edən təhlükəsizlik təhdidləri səbəbindən Bağdaddakı ABŞ səfirliyinə və ya Ərbildəki ABŞ konsulluğuna baş çəkmək üçün heç bir cəhd edilməməlidir”.

Səfirlik həmçinin ABŞ vətəndaşlarını İraqa səyahət etməkdən tamamilə çəkinməyə çağırıb və diplomatik nümayəndəliyin binasına dəfələrlə müxtəlif terrorçu qruplar tərəfindən hücum edildiyini qeyd edib.

Daha əvvəl ABŞ-ın Bağdaddakı səfirliyinin binasına raket zərbəsi endirildiyi bildirilmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki