image-929832_srcbackend

ABŞ Türkiyəni müharibəyə sürükləyir: PKK-ya ağır texnikalar VERİLDİ

image-ads-728x90

Bu ilin 10 martında Dəməşq və Suriya Demokratik Qüvvələri arasında imzalanan inteqrasiya müqaviləsinin icrası hələ də mümkün deyil. Artıq regionda yenidən kürdlər aktivləşib. Rəsmi Ankara   Suriyanın şimalında PKK/YPG-yə qarşı hərbi əməliyyatlara başlamaq barədə xəbərdarlıq etsə də, dəyişən heç nə yoxdur. Əvəzində  ABŞ kürdləri silahlandırmağı davam edir.

Korrekt.az xəbər verir ki, bir gün əvvəl ABŞ Hərbi Hava Qüvvələri bölgəyə dörd hərbi nəqliyyat təyyarəsi göndərib. Təyyarələr raketlər və müxtəlif növ ağır silahlarla yüklənib.

Suriya mediasının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr Haseke əyalətindəki Harab əl-Cir aviabazasına eniş edib. Təyyarələr bir-birinin ardınca aerodroma eniş etdikcə, Suriya Demokratik Qüvvələri və ABŞ qoşunları bazanın ətrafında təhlükəsizlik tədbirlərini gücləndiriblər. Silahlar anqarlarda saxlanılarkən, Amerika hərbi helikopterləri havada patrul xidmətini davam etdiriblər.

Hərbi mənbələrin verdiyi məlumata görə, bu göndəriş Suriyanın şimalındakı Amerika bazalarının müdafiəsini gücləndirmək və hava hücumundan müdafiə sistemlərini təkmilləşdirmək məqsədini daşıyır. Silahların bir hissəsi, ABŞ-ın İŞİD-ə qarşı mübarizədə müttəfiq hesab etdiyi Suriya Demokratik Qüvvələrinə veriləcək.

Qeyd etmək lazımdır ki, Ankara, PKK/YPG döyüşçülərindən ibarət olan Suriya Demokratik Qüvvələrinin Dəməşqə tabe orduya inteqrasiyasını və öz komandanlıq strukturlarının dağıdılmasını tələb edir. Lakin kürdlər, yalnız SDF strukturunun qorunması və Suriya hökumət qüvvələrinin nəzarətindəki ərazilərə girmələrinin qarşısının alınması şərti ilə inteqrasiyaya razı olurlar. Bundan əlavə, onlar Kobani şəhərini paytaxt olaraq qəbul edən Suriyanın şimalında faktiki kürd muxtariyyətinin tanınmasını tələb edirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki