ABŞ qüvvələri Venesuelanın paytaxtı Karakasdakı hərbi obyektlərə zərbələr endirib. Hücumlar nəticəsində Fort Tiuna bazası və Generalissimo Fransisko de Miranda hava bazası hədəf alınıb, şəhərin cənub hissəsi isə elektriksiz qalıb. Zirehli maşınların prezident sarayına doğru hərəkət etdiyi bildirilir.
Korrekt.az xəbər verir ki, Kolumbiya Prezidenti Gustavo Petro hücumu təsdiqləyərək, dünya ictimaiyyətinə xəbərdarlıq edib: “Venesuela hücum altındadır. Onlar raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı və BMT dərhal toplanmalıdır”.
Venesuela Xarici İşlər Nazirliyi bildirib ki, prezident Maduro fövqəladə vəziyyət elan edib. Nazirlik ABŞ hücumunun məqsədini “ölkənin neft və mineral ehtiyatlarına nəzarəti ələ keçirmək” olaraq qiymətləndirib. Müdafiə nazirinin şəxsi evi də vurulub.
Eyni zamanda ABŞ təyyarələrinin Venesuela hava məkanı üzərindən uçması qadağan edilib və NOTAM verilib





















