image-1backend

ABŞ yaxın günlərdə bu üç ölkəni tutacaq –SENSAİON İDDİA

image-ads-728x90

“ABŞ Prezidenti Donald Trampın Venesuelladan sonra Kuba, Meksika və Kolumbiyanın da Vaşinqtonun təzyiq hədəfinə çevrilə biləcəyinə dair mesajı Latın Amerikasında ciddi narahatlıq yaradıb. ABŞ dövlət katibi Marko Rubionun “Tramp nə deyirsə, onu da edir” fikri isə bu bəyanatların sadəcə ritorika olmadığını göstərir.”– bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

image-1

Politoloq qeyd edib ki, Kuba məsələsində ABŞ-ın tarixi təcrübəsi mövcuddur.

“1959-cu il inqilabından sonra Vaşinqton Kastro rejimini devirmək üçün müxtəlif üsullara əl atsa da, məqsədinə nail ola bilmədi. Lakin hazırkı vəziyyət fərqlidir: SSRİ artıq mövcud deyil, Kuba Venesuelladan ucuz neft almaq imkanını itirib və ölkədə sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Tramp administrasiyası və Kuba əsilli dövlət katibi Marko Rubionun bu zəiflikdən siyasi məqsədlər üçün istifadə etməsi istisna edilmir.  Kolumbiya isə ABŞ üçün daha mürəkkəb istiqamətdir. Vaşinqtonun bu ölkədə narkokartellərə qarşı uzun illərə söykənən hərbi təcrübəsi olsa da, hazırkı prezident Qustavo Petro solçu baxışlara malikdir və ABŞ-ın Venesuelladakı addımlarına açıq şəkildə etiraz edir. Bu amil Kolumbiyanın asanlıqla ram ediləcəyini istisna edir. Meksika istiqamətində isə ABŞ-ın narkokartellərlə mübarizə sahəsində geniş təcrübəsi mövcuddur və Vaşinqton bu alətdən yenidən istifadə edə bilər.”- deyə Elxan Şahinoğlu əlavə edib.

Elxan Şahinoğlu hesab edir ki, Venesueladakı proseslərdən ən çox narahat olan ölkə isə Çindir. “Pekin Maduronun hakimiyyəti dövründə Venesuela neftinin əsas alıcılarından biri olub və bu ölkənin nadir torpaq elementlərinin hasilatı layihələrində mühüm pay əldə edib. Çində belə bir qənaət formalaşıb ki, ABŞ-ın dəstəklədiyi yeni hakimiyyət Venesuellada Çin maraqlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Trampın ABŞ Venesuela neftinə nəzarət etdikdən sonra Çinə satışın davam edəcəyinə dair verdiyi vədlər Pekində inamla qarşılanmır. Çünki Tramp administrasiyasının əsas geosiyasi rəqibi Rusiya deyil, məhz Çindir. Bu reallıq fonunda Pekin Venesuela cəmiyyətinin ABŞ təsirinə müqavimət göstərməsini arzulayır və məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaqla Vaşinqtonun addımlarını beynəlxalq müstəviyə daşımağa çalışır.” – deyə politoloq əlavə edib.

Elxan Şahinoğlu hesab edir ki, bununla paralel olaraq, Çin Tayvan ətrafında hərbi aktivliyini artıracaq.

“Pekində belə bir məntiq formalaşıb: əgər ABŞ beynəlxalq hüquqa zidd şəkildə Venesuellaya müdaxilə edirsə, Çin də Tayvan üzərində nəzarəti gücləndirmək üçün analoji addımlar ata bilər. Lakin Tramp administrasiyasının Tayvanı strateji maraq zonası hesab etməsi ABŞ–Çin qarşıdurmasının daha da dərinləşəcəyini göstərir. Ümumilikdə, Trampın Venesuela siyasəti təkcə Latın Amerikasında deyil, qlobal miqyasda yeni gərginlik ocaqları yaradır və bu proses ABŞ-ın Çinlə strateji rəqabətinin daha açıq və sərt mərhələyə keçdiyini nümayiş etdirir.” – deyə politoloq qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki