Beynəlxalq Valyuta Fondu Afrika qitəsinin bu il 6 faiz və ya daha çox artımla böyüyən iqtisadiyyatlar arasında birinci yeri tutacağını proqnozlaşdırır.
Korrekt.az xəbər verir ki, təqdim olunan hesabata görə, Uqanda, Ruanda və ya Efiopiya kimi ölkələrdə artım 7 faizdir. Cənubi Sudan və Qvineyada isə neft və mineral xammalın hasilatı sayəsində artım ikirəqəmli olacaq. Bundan əlavə, BVF ekspertlərinin fikrincə, Afrikada qlobal istiləşmənin nəticələri, siyasi qeyri-sabitlik və ya yüksək xarici borc portfeli kimi mənfi hadisələrə xüsusi diqqət yetirilməlidir. Məsələn, Keniya büdcə vəsaitlərinin 20 faizini xarici borcun ödənilməsinə yönəldəcək.





















