Ağ Ev dünyaya sərt məzmunlu mesaj ünvanlayıb. Mesaj Ağ Evin rəsmi “Instagram” səhifəsində paylaşılıb və qısa zamanda geniş müzakirələrə səbəb olub.
Korrekt.az xəbər verir ki, paylaşımda “FAFO” ifadəsi yer alıb.

Qeyd olunur ki, bu ifadə küçə jarqonunda işlədilir və təxminən “təxribatla məşğul olsan, nəticəsi ilə üzləşəcəksən” mənasını verir. Mesajın məzmunu ABŞ-ın son dövrlər xarici siyasətdə sərt mövqeyini nümayiş etdirdiyi kimi qiymətləndirilir.
Analitiklər hesab edirlər ki, bu paylaşım ABŞ-ın potensial rəqiblərinə və beynəlxalq ictimaiyyətə yönəlmiş açıq xəbərdarlıq siqnalı xarakteri daşıyır. Ağ Evin belə bir üsluba üstünlük verməsi Vaşinqtonun ritorikasında yeni və daha kəskin mərhələyə keçid kimi dəyərləndirilir.





















