image-1backend

Astana Ermənistan üzərindən Türkiyəyə yeni ticarət yolu aça bilər- Nazir  

image-ads-728x90

Qazaxıstan Ermənistan üzərindən Türkiyəyə yeni ticarət yolu aça bilər. Korrekt.az xəbər verir ki, bunu  Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumanqarin cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən marşrut Astananın Türkiyə limanlarına birbaşa çıxışını təmin edəcək.

“Biz indi Azərbaycandan keçərək Gürcüstanın Qara dəniz limanlarına gedirik. Yeni marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə, onun dəniz limanlarına çıxışa imkan verəcək”, – nazir qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanda rəsmi səfərdədir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki