image-1200_0_1767712166-9629backend

Avropa ABŞ-ın iştirakı olmadan Rusiya ilə savaşa bilərmi? – The Economist mümkün ssenarini AÇIQLADI 

image-ads-728x90

Ekspertlərin qənaətinə görə, Avropa ABŞ-ın hərbi dəstəyi olmadan Rusiya ilə yalnız qısamüddətli müharibə apara bilər.

Əgər Rusiya 2027-ci ildə Latviya kimi NATO üzvü olan bir ölkəyə hücum edərsə və ABŞ bu münaqişədə iştirakdan imtina edərsə, Avropa Rusiyaya qarşı uzunmüddətli müqavimət göstərmək imkanına malik olmayacaq.

Bu nəticəyə London Kral Kollecinin hərbi tədqiqatlar üzrə professoru və Kembric Təhlükəsizlik Təşəbbüsünün akademik direktoru Devid Gio, həmçinin Böyük Britaniya Müdafiə Qərargahının keçmiş rəis müavini və Kembric Universitetinin Emmanuel Kollecinin müəllimi Duq Çalmers gəliblər. Onlar bu barədə The Economist jurnalında dərc olunan məqalələrində yazıblar.

Mütəxəssislər mümkün hərbi ssenarini belə təsvir edirlər:

2027-ci ilin mart ayında Rusiya zirehli qüvvələri Latviya sərhədini Rezekne yaxınlığında keçərək dəmir yolu stansiyasını ələ keçirir və əhalisinin təxminən yarısını etnik rusların təşkil etdiyi, ölkənin ikinci ən böyük şəhəri olan Dauqavpils istiqamətində irəliləyir.

Ekspertlərin yazdığına görə, Rusiyanın məqsədi “rusdilli icmaların Moskvanın müdafiəsinə ehtiyac duyduğu” bəhanəsi ilə kiçik, lakin strateji əhəmiyyətli bir ərazini işğal etməkdir. Rusiya qoşunları qısa müddətdə möhkəmləndirilmiş mövqelər yaradır, mobil hava hücumundan müdafiə sistemləri yerləşdirir və prezident Vladimir Putin NATO-nun necə reaksiya verəcəyini gözləməyə başlayır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki