Avropa İttifaqı Ukraynanın maliyyələşdirilməsi ilə bağlı mühüm qərar verib.
Korrekt.az xəbər verir ki, Brüsseldə təxminən 15 saat davam edən danışıqlardan sonra AB 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro həcmində maliyyə dəstəyi göstərilməsi barədə razılığa gəlib. Qərara əsasən, sözügedən məbləğ kredit formasında təqdim olunacaq və yalnız Rusiyanın müharibəyə görə təzminat ödəməsi halında Ukraynaya ayrılacaq.
Almaniya kansleri Fridrix Merts bildirib ki, bu qərar Avropadan Rusiya prezidenti Vladimir Putinə açıq mesajdır. Onun sözlərinə görə, Avropa İttifaqı bu addımla Rusiyaya müharibənin davam etdirilməsinin mənasız olduğunu göstərir.





















