image-1backend

Avropa Rusiyadan nüvə yanacağı almasına qadağa qoyur

image-ads-728x90

Avropa Komissiyası Aİ ölkələrinin Rusiyadan nüvə yanacağı almasına qadağa hazırlayacaq.

2027-ci ildən etibarən Aİ ölkələrinin Rusiya qazı almasına qadağa təsdiqləndikdən sonra Avropa Komissiyası nüvə yanacağı ilə bağlı oxşar tədbirlər hazırlayır. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen bildirib.

“Bu qadağa hazırlıq mərhələsindədir. Bu, daha mürəkkəb bir məsələdir, ona görə də [təqdim olunacağı] üçün vaxt verə bilmərəm, amma bu, vaxtında baş verəcək”, – deyə xanım İtkonen Rusiyadan nüvə yanacağı tədarükünün məhdudlaşdırılması planları ilə bağlı suala cavab verərkən bildirib .

Avropa Birliyi Şurası 1 yanvar 2027-ci il tarixindən etibarən Rusiyanın mayeləşdirilmiş təbii qaz tədarükünün tamamilə qadağan edilməsi planı ilə razılaşıb. Aİ-yə boru kəməri ilə qaz tədarükünün qadağan edilməsinin 30 sentyabr 2027-ci ildə başlaması planlaşdırılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki