image-1backend

“Axios” : ABŞ-ın bu cəhdləri ugursuz oldu

image-ads-728x90

ABŞ-ın Hörmüz boğazında gəmiçiliyi bərpa etmək məqsədilə koalisiya yaratmaq cəhdləri uğursuz olub.

“Axios” xəbər verir ki, ABŞ-ın müttəfiqləri koalisiyaya qoşulmaqdan imtina edir və reaksiyalar “şübhədən qəti şəkildə yox” arasında dəyişir.

Məlumata görə, Amerika administrasiyası Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstraliya, Kanada, Fars körfəzi ölkələri və İordaniyanı bu hərbi ittifaqa cəlb etməyə çalışıb. ABŞ eyni təklifi Yaponiya və Cənubi Koreyaya da təqdim edib.

Lakin Almaniya, İtaliya və Yaponiya liderləri bölgəyə hərbi gəmilərin göndərilməsini istisna ediblər. Mənbələrdən biri bildirib ki, Fransa Prezidenti Emmanuel Makron qəti cavab verməsə də, hazırda iştirak etməyi istisna edir.

Bundan əvvəl, Kaya Kalas Aİ-nin xarici işlər nazirlərinin Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina etdiyini açıqlamış, o cümlədən Qırmızı dənizdə artıq mövcud olan gəmilərin “Aspides” Avropa dəniz missiyasının bir hissəsi kimi göndərilməsindən də imtina edildiyini bildirmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki