image-1backend

Azərbaycanda siqaretlər kəskin bahalaşıb – Yeni qiymətlər  

image-ads-728x90

Bu gündən, yanvarın 5-dən etibarən, Azərbaycanda siqaretlərin qiymətində kəskin artım qeydə alınıb. Marketlər şəbəkəsindən Korrekt.az-a daxil olan məlumata görə, bahalaşma 20–30 faiz civarındadır.

Saytımıza açıqlama verən böyük marketlər şəbəkələrindən birinin satış meneceri bildirib ki, qiymət artımı bütün siqaret markalarına, eləcə də tütünsüz siqaret məhsullarına şamil olunur. Məlumata əsasən, siqaretlər marka və növündən asılı olaraq 40–80 qəpik arasında bahalaşıb.

Ən yüksək qiymət artımı isə “Kent” və “Sobranie” markalarında müşahidə olunub. Bu markaların bəzi növlərinin qiyməti 60–90 qəpik artıb.

Bundan əlavə, “Winston” markalı siqaretlər bu gündən etibarən 40 qəpik bahalaşaraq marketlərdə 4 manat 60 qəpik qiymətinə təklif olunur.

Qiymət artımı yalnız siqaretlərlə məhdudlaşmır. Belə ki, siqaret üçün nəzərdə tutulan dadlandırıcı və digər əlaqəli məhsulların qiymətində də təqribən 30 faiz artım qeydə alınıb.

Qeyd edək ki, bahalaşmanın səbəbləri ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki