“Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə Avropa klublarının diqqət mərkəzinə düşüb. Korrekt.az xəbər verir ki, Almaniyanın “Ayntraxt” klubu gənc müdafiəçini transfer etmək niyyətindədir.
Məlumata görə, Frankfurt təmsilçisinin baş məşqçisi Dino Toppmöller Mustafazadənin komandaya cəlb olunmasında israrlıdır. Almaniyanın nüfuzlu Sport.de saytı da “Ayntraxt”ın gənc futbolçunun transferini reallaşdırmaq üçün ciddi maraq göstərdiyini iddia edir.
Qeyd olunur ki, tərəflər arasında mümkün keçidlə bağlı danışıqların aparılıb-aparılmadığı hələlik açıqlanmayıb.





















