Yanvar transfer pəncərəsinə hazırlıqlarını davam etdirən Beşiktaş, heyətini gücləndirmək üçün müxtəlif mövqelərdə çalışmalar aparır. Klub rəhbərliyi, xüsusilə müdafiə xəttini möhkəmləndirmək üçün hədəflərini müəyyən edib və siyahının başında Fənərbaxçanın sabiq ulduzu yer alıb.
Korrekt.az xəbər verir ki, mərakeşli müdafiəçi Suffian El Karuani “Utrext”dən “Beşiktaş”a transfer olunmaq üzrədir. Klubun bu oyunçu üçün təxminən 3 milyon avro ayırdığı bildirilib. Həmçinin sol cinah mövqeyində siyahının başında tanış bir ad – keçmiş Fənərbaxça ulduzu yer alır.
Mövsümün əvvəlində “Fənərbaxça”dan ayrılaraq Moskvanın Spartak klubuna keçən ganalı müdafiəçi Djikunun Türkiyəyə qayıtmağa hazır olduğu bildirilir. Djikunun “Spartak”la 2027-ci ilə qədər müqaviləsi olsa da, 31 yaşlı oyunçu üçün icarə müqaviləsinin nəzərdən keçirildiyi qeyd olunur.
Beşiktaş rəhbərliyi yanvar transfer pəncərəsi üçün hazırlıqlarını sürətləndirir və müdafiə xəttindəki gücləndirmələrlə mövsümün ikinci yarısına iddialı başlamayı hədəfləyir.





















