image-1backend

Bir dəqiqədə milyarder oldu: 1,8 milyard dollarlıq cekpot qazanıldı  

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Amerikanın ən populyar lotereyalarından biri olan Powerball-ın 1,8 milyard dollar məbləğindəki cekpotu Milad ərəfəsində – 25 dekabr tarixində oynanılıb və qalibi tapıb.

Lotereyanın rəsmi məlumatına görə, qalibin kimliyi hələ açıqlanmayıb. Onun ABŞ-ın Arkanzas ştatının sakini olduğu bildirilir. Mövcud qaydalara əsasən, qalib vergilər ödənildikdən sonra təxminən 835 milyon dollar məbləğində vəsait əldə edəcək. Bu məbləğ onu cəmi bir neçə dəqiqə ərzində Forbes-in milyarderlər siyahısına düşə biləcək şəxslərdən birinə çevirir.

Bundan əlavə, tiraj zamanı daha səkkiz nəfər hər biri 1 milyon dollar məbləğində “təsəlli mükafatı” qazanıb.

Qeyd edək ki, Powerball lotereyası tarixində ən böyük cekpot 2,04 milyard dollar olub. Bu rekord 7 noyabr 2022-ci ildə qeydə alınıb. Həmin tirajın qalibi Kaliforniya ştatının sakini Edvin Kastro olmuş və vergilər çıxıldıqdan sonra o, təxminən 1 milyard dollara yaxın nağd vəsait əldə etmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki