Fransa hökuməti 2026-cı il sentyabrın 1-dən etibarən 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağan olunmasını planlaşdırır.
Korrekt.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) parlamentin 2026-cı ilin əvvəlində müzakirəyə çıxaracağı qanun layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, iki maddədən ibarət qanun layihəsi “15 yaşdan kiçik yetkinlik yaşına çatmayanlara sosial şəbəkə xidmətlərinin göstərilməsinin” qadağan edilməsini nəzərdə tutur. Parlament müzakirələrinin 2026-cı ilin əvvəlinə planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron daha əvvəl 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər 15–16 yaşlı uşaqlar və yeniyetmələr üçün də sosial şəbəkələrə çıxışın məhdudlaşdırılması ilə bağlı planlarını açıqlamışdı.
Yeni təşəbbüs uşaqların və yeniyetmələrin psixoloji sağlamlığının qorunması və internet mühitində təhlükəsizliyin artırılması məqsədi daşıyır.





















