image-1backend

Bu gecə Rusiya ordusunun 8 milyon dollarlıq texnikası məhv edilib

image-ads-728x90

Ukrayna Milli Qvardiyasının bölmələri Rusiya işğalçı qüvvələrinə məxsus TOS-1A “Solntsepek” ağır odsaçan raket sistemini məhv edib. Məlumata görə, Rusiya  texnikası Ukrayna Müdafiə Qüvvələrinin ön mövqelərini atəşə tutmağa hazırlaşırdı.

Korrekt.az xəbər verir ki, bu barədə Milli Qvardiyanın komandanı Aleksandr Pivnenko məlumat verib. Onun sözlərinə görə, əməliyyat “Lazar Qrupu”nun zərbə PUA bölməsinin iştirakı ilə həyata keçirilib.

“Son əməliyyat zamanı Lazar Qrupunun pilotları daha bir TOS-1A ‘Solntsepek’i məhv etdilər. Hədəf Ukrayna Müdafiə Qüvvələrinin ön mövqelərinə zərbə endirməyə çalışırdı. Düşmən maşını atəş açarkən 32-ci ayrıca mexanikləşdirilmiş briqadanın hava kəşfiyyatı tərəfindən aşkarlandı. Alınan məlumatdan sonra Lazar Qrupunun ağır zərbə PUA-ları hədəfi dəqiq vurdu”, – deyə Pivnenko bildirib.

Milli Qvardiya komandanı qeyd edib ki, “Solntsepek” termobarik sursatlardan istifadə edən ağır odsaçan sistemdir. Bu silah əsasən yüngül zirehli texnikanın, avtomobillərin, eləcə də bina və mühəndis qurğularının məhv edilməsi üçün nəzərdə tutulub.

Məlumata görə, bir “Solntsepek” qurğusunun dəyəri təxminən 8 milyon ABŞ dolları təşkil edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki