image-1backend

Bu general axtarışa verildi

image-ads-728x90

Korrekt.az xəbər verir ki, dünən ABŞ Federal Təhqiqat Bürosu (FTB) Səid Təvəkkoli adlı İran vətəndaşını SEPAH-ın Qüds qanadı ilə əlaqəli fəaliyyətlər üzrə axtarılan şəxslər siyahısına əlavə edib.

Məlumata görə, Təvəkkoli, “general Əmmar” ləqəbi ilə tanınır və Qüds qanadının 11000-ci Diviziyasının rəisi olub. O, müxaliflərə, jurnalistlərə, İsrail vətəndaşlarına və hazırkı və keçmiş ABŞ rəsmilərinə qarşı gizli kəşfiyyat əməliyyatlarına və ölümcül hücumlara rəhbərlik etməkdə ittiham olunur.

ABŞ rəsmiləri qeyd edir ki, Təvəkkolinin rəhbərlik etdiyi şəbəkə Avstraliya, Yunanıstan, Almaniya və Meksika da daxil olmaqla bir neçə ölkədə terror aktları planlaşdırmağa cəhd edib. FTB onun harada olduğu barədə məlumatı olan hər kəsi yerli ofislə, yaxud ən yaxın ABŞ səfirliyi və konsulluğu ilə əlaqə saxlamağa çağırır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki