image-1backend

Bu ölkə öz vətəndaşlarına çağırış etdi : “ İranı dərhal tərk edin” 

image-ads-728x90

Bu gün Avstraliya hökuməti öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.

Korrekt.az xəbər verir ki, Avstraliya Xarici İşlər Nazirliyinin rəsmi səyahət xəbərdarlıq platforması olan “Smart Travel” saytı bildirib ki, hazırda İranda ölkə miqyasında etirazlar davam edir və vəziyyət əvvəlcədən xəbərdarlıq edilmədən daha da gərginləşə bilər.

Açıqlamada İran təhlükəsizlik qüvvələrinin etirazlara sərt müdaxilə etdiyi, nəticədə çox sayda etirazçı və mülki şəxsin yaralandığı, öldürüldüyü və ya həbs edildiyi qeyd olunub.

SmartTravel Avstraliya vətəndaşlarını kütləvi toplantılardan, yürüşlərdən və etirazlardan uzaq durmağa çağırıb, eyni zamanda İrana səyahət etməməyi tövsiyə edib. Bildirilib ki, hazırda ölkədə olan Avstraliya vətəndaşları mümkün qədər tez İranı tərk etməlidirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki