Süni intellektin sürətli inkişafı fonunda Çin texnologiya şirkətləri istedadlı işçiləri öz tərəflərinə “gətirmək” üçün külli miqdarda pul xərcləməyə başlayıblar.
Korrekt.az xəbər verir ki, ByteDance və Tencent aparıcı mütəxəssislərin maaşlarını artırmaq üçün büdcələrini əhəmiyyətli dərəcədə artırıblar.
Xüsusilə ByteDance işçilərinə ödənilən bonusların məbləğini 35 faiz artırıb və ümumilikdə maaşları 150 faiz artırmaq niyyətindədir. Tencent həmçinin rəqiblərindən işçiləri “oğurlamağa” başlayıb və ikiqat yüksək maaşlar təklif edib.





















