image-1backend

Dünyada milyarderlərin sayı kəskin artdı 

image-ads-728x90

2025-ci ildə dünyadakı milyarderlərin ümumi sayı 8,8 faiz artaraq 2 min 919 nəfərə çatıb. Korrekt.az xəbər verir ki, bu barədə UBS bankının yeni tədqiqatında məlumat verilir.

Hesabata görə, ən sürətli sərvət artımı sənaye sektorunda qeydə alınıb — bu sahədə ümumi sərvət 27,1 faiz artaraq 1,7 trilyon dollara yüksəlib. Bu artımın əhəmiyyətli hissəsi yeni milyarderlərin payına düşür.

Maliyyə xidmətləri sektorunda da ciddi yüksəliş müşahidə olunub. Güclənən bazarlar və kriptovalyuta sahəsindəki bərpa nəticəsində bu sektorun ümumi sərvəti 17 faiz artaraq 2,3 trilyon dollara çatıb.

2025-ci ildə miras yolu ilə milyarder olanların sayı da rekord həddə yüksəlib. Ümumilikdə 91 nəfər (64 kişi və 27 qadın) 297,8 milyard dollar sərvət miras alıb. Bu göstərici 2024-cü illə müqayisədə 36 faiz çoxdur.

UBS-in hesabatı qlobal varlılıq paylanmasında artan konsentrasiyanı və yeni nəsil milyarderlərin formalaşmasını bir daha təsdiqləyir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki