image-image_750x_694c01f357242backend

Dünyanın ən ağıllı insanları hansı ölkədə yaşayır?

image-ads-728x90

İnternetdə Nobel mükafatı laureatlarının sayı, əhalinin orta IQ göstəricisi, təhsilin keyfiyyəti və ümumi səviyyəsi kimi meyarlar əsasında Avropanın ən ağıllı ölkələrinin reytinqini müəyyən edən yeni araşdırma dərc olunub.

Korrekt.az xəbər verir ki, Daily Mail qəzetinin yaydığı məlumata görə, İsveçrə dünyanın ən ağıllı ölkəsi seçilib. Araşdırmada mümkün olan 100 baldan 92,02 bal toplayan İsveçrə siyahıya liderlik edir. Bildirilir ki, ölkədə 1099 Nobel mükafatı laureatı var, əhalinin orta IQ səviyyəsi isə 99,24 təşkil edir.

Araşdırmaya əsasən, İsveçrə əhalisinin 40,02 faizi bakalavr dərəcəsinə malikdir ki, bu da siyahıya daxil olan ölkələr arasında ən yüksək göstəricidir. Eyni zamanda, əhalinin 18,05 faizi magistr və ya daha yüksək akademik dərəcə əldə edib.

Reytinqdə İsveçrədən sonra Böyük Britaniya və ABŞ qərarlaşıb. İlk onluğa daxil olan digər ölkələr isə Hollandiya, Belçika, İsveç, Almaniya, Polşa, Danimarka və Finlandiyadır.

Araşdırma müəllifləri qeyd edirlər ki, bu göstəricilər ölkələrin elmi potensialını, təhsil sisteminin effektivliyini və intellektual inkişaf səviyyəsini ümumi şəkildə əks etdirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki