image-1backend

Dünyanın ən uzun tuneli açıldı

image-ads-728x90

Korrekt.az  Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, Çinin şimal-qərbində yüksək sürətli magistral yolda dünyanın ən uzun tuneli açılıb.

“22,13 km uzunluğunda olan Tianshan Şenli Tuneli bu gün rəsmi olaraq nəqliyyatın hərəkəti üçün açılıb”, – deyə açıqlamada bildirilir.

Tunel Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsindəki Tyanşan dağlarından keçir. Tunel Tyanşan dağlarının bu hissəsində səyahət müddətini bir neçə saatdan təxminən 20 dəqiqəyə qədər azaltmışdır.

Tunelin tikintisinə 2020-ci ilin aprel ayında başlanılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki