Güney azərbaycanlı futbolçu Əli Dayi İran rəsmilərinin hərəkətlərini tənqid edərək, onların xalqın halına yanmadıqlarını və sanki iranlı olmadıqlarını qeyd edir.
Korrekt.az xəbər verir ki, o, məmurların xalqın çətinliklərindən xəbərsiz olduğunu və insanlarla heç bir bağlarının qalmadığını vurğulayır. Dayi sanksiyaların hökumət rəsmilərinə deyil, daha çox sıravi vətəndaşların həyatına mənfi təsir göstərdiyini bildirir və ölkənin xarici siyasəti düzəlməyənə qədər iqtisadi vəziyyətin yaxşılaşmayacağını dilə gətirir. Son bir ildə dolların 150 faiz bahalaşmasını nümunə gətirərək, bunun ölkə iqtisadiyyatına ağır zərbə vurduğunu deyir. 30-40 milyon tümən gəlirlə belə dolanmağın nə qədər çətin olduğunu qeyd edən futbolçu, xalqın maddi sıxıntılarını önə çəkir. O, hökumətin benzini bahalaşdırmasını və bununla “fəxr etməsini” kəskin tənqid edir.





















