image-1backend

Elon Musk bu ölkəyə  pulsuz internet verəcək

image-ads-728x90

Məşhur milyarder Elon Musk, ABŞ-ın Venesuelaya qarşı başlatdığı əməliyyatdan sonra, Venesuelaya bir ay ərzində Starlink şirkəti vasitəsilə pulsuz internet təqdim edəcəyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, Musk, 3 yanvarda ABŞ-ın Venesuelaya qarşı başlatdığı əməliyyatı dəstəklədiyini bildirib. O, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin ABŞ qüvvələri tərəfindən ölkədən çıxarıldıqdan sonra sosial media hesabında bu əməliyyatı dəstəklədiyini ifadə edib. Musk, Maduroyu “amansız tiran” adlandıraraq, “Venesuela artıq layiq olduğu rifaha nail ola bilər” deyə bildirib.

Elon Musk, ABŞ Prezidenti Donald Trampı da əməliyyat münasibətilə təbrik edib. Musk əməliyyatı dünyanın qələbəsi kimi təsvir edərək, bunun “bütün dünyada pis diktatorlara açıq bir mesaj” olduğunu vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki