Korrekt.az xəbər verir ki, Bristol Universitetinin anatomiya professoru Mişel Spirə istinadən “Daily Mail” qəzeti yazır ki, alimlər hesab edirlər ki, insan həyatında ən yorucu və stressli dövr 40 yaşdan sonradır.
Onun sözlərinə görə, orta yaşda “biologiya ilə iş yükü arasında uyğunsuzluq” olur: bədən hələ də enerji istehsal edə bilir, lakin bunu daha az səmərəli şəkildə edir, karyera, ailə və stress tələbləri isə pik həddə çatır. 40 yaşdan sonra əzələ kütləsi azalır, yuxu pisləşir və stressə qarşı həssaslıq artır.
Qadınlarda hormonal dəyişikliklər əlavə bir amildir.
Gənclik dövründə bədən daha sürətli bərpa olunur və yuxusuzluğa və stressə daha yaxşı dözür.
Lakin alimlər enerji azalmasının müvəqqəti olduğunu vurğulayırlar. 60 yaşdan sonra bir çox insanın enerji səviyyəsi stressin azalması və daha rahat həyat tərzi səbəbindən sabitləşir.
Mütəmadi yuxu, güc məşqləri və balanslı qidalanma istənilən yaşda enerjini qorumağa kömək edir.





















