Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Yohannesburqda keçirilən G20 Liderlər Zirvəsində iştirak etmək üçün bu gün Cənubi Afrikaya səfər edir.
Korrekt.az xəbər verir ki, dünyanın ən böyük 20 iqtisadiyyatının liderləri, qlobal problemləri müzakirə etmək məqsədilə bu zirvə toplantısında bir araya gələcəklər. Prezident Ərdoğan, sammit çərçivəsində Cənubi Afrika Prezidenti Siril Ramafosa, G20 liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək.
Zirvənin əsas mövzusu “Həmrəylik, Bərabərlik, Davamlılıq” olacaq. Gündəmdə Qəzzada qalıcı sülh və Rusiya-Ukrayna müharibəsi kimi kritik məsələlər yer alacaq. Ərdoğan, zirvə çərçivəsində müxtəlif sessiyalarda çıxışlar edəcək.
Prezident Ərdoğanı Esenboğa Hava Limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar. Ərdoğan və xanımı Əminə Ərdoğan, eləcə də xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, prezidentin kommunikasiya direktoru Burhanəddin Duran, baş müşavir Akif Çağatay Kılıç və digər yüksək rütbəli rəsmilər səfərdə Prezidentə müşayət edəcəklər.
Bu sammit, qlobal problemlərin müzakirə edildiyi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlik bir platforma olacaq.





















