image-1backend

Ərdoğan ədliyyə və daxili işlər nazirlərini istefaya göndərdi

image-ads-728x90

Türkiyə mediasının məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan ədliyyə naziri Yılmaz Tunc və daxili işlər naziri Əli Yerlikayanı vəzifələrindən azad edib. Korrekt.az xəbər verir ki, hər iki nazir öz xahişi ilə postlarını tərk edib.

Rəcəb Tayyib Ərdoğan müxalifət meri Əkrəm İmamoğlunun istintaqı ilə məşğul olmuş keçmiş İstanbul prokuroru Akın Gürleki yeni ədliyyə naziri təyin edilməsi barədə fərman imzalayıb.

Eyni zamanda, Ərzurum valisi, mülki idarəetmə və parlament sahəsində geniş təcrübəyə malik olan Mustafa Çiftçi Daxili İşlər naziri vəzifəsinə gətirilib.

Bu dəyişikliklər Türkiyə hökumətində aparılan kadr islahatlarının davamı kimi qiymətləndirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki