image-1748955946_erdogan-yenibackend

Ərdoğan: Türkiyəyə qarşı xarici təhdidlər mövcuddur

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə qarşı bəzi xarici təhdidlərin mövcud olduğunu bəyan edib.

Korrekt.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, dövlət başçısı Şərqi Aralıq dənizində Türkiyənin və Kipr türklərinin maraqlarına qarşı yönəlmiş təxribat və təhdidlərin diqqətlə izlənildiyini bildirib.

“Şərqi Aralıq dənizində ölkəmizin və Kipr türklərinin maraqlarına qarşı tez-tez baş verən təxribatları və təhdidləri diqqətlə izləyirik”, – deyə Ərdoğan vurğulayıb.

Prezident, həmçinin Ankaranın Suriyada formalaşan yeni hakimiyyətə dəstək verməyə davam edəcəyini qeyd edib.
Ərdoğan Yaxın Şərqdə baş verən hadisələrə də toxunaraq, Fələstinlə bağlı mövqeyini bir daha sərt şəkildə ifadə edib:

“71 min fələstinlinin ölümünə görə məsuliyyət daşıyanlar cavab verməyənə qədər susmayacağıq. Bu soyqırımın unudulmasına heç vaxt icazə verməyəcəyik”.
Türkiyə prezidenti bildirib ki, Ankara regional və qlobal səviyyədə ədalətin bərqərar olması üçün səylərini davam etdirəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki