Korrekt.az xəbər verir ki, rəhbərlik dünya futbolunun ulduzu Məhəmməd Salahı heyətinə qatmaq üçün transfer çalışmalarını sürətləndirib. “Sarı-lacivərdlilər” misirli hücumçu ilə artıq iki dəfə rəsmi görüş keçirib.

Transfer danışıqlarında ən çox müzakirə olunan məqam Salahın istədiyi maaşdır. Məlumata görə, ulduz futbolçunun tələbləri kifayət qədər yüksəkdir:

Maaş tələbi: Salah “Fənərbağça”dan mövsümlük 20 milyon avro sabit maaş istəyir.

Görüşlərin gedişatı: Klub rəhbərliyi bu məbləği sponsorların köməyi ilə qarşılamaq variantlarını nəzərdən keçirir.

Hazırda “Liverpul” ilə müqaviləsinin sonuna yaxınlaşan Salahın Türkiyəyə gəlmə ehtimalı futbol dünyasında böyük əks-səda doğurub.