AFFA-nın baş katibi Cahangir Fərəcullayev özünə köməkçi axtarır.
Korrekt.az-ın məlumatına görə, bu barədə elan sosial şəbəkərlərdə yerləşdirilib.
“AFFA Baş katibin köməkçisi vakansiyasını elan edir” başlıqlı elanda köməkçi ilə bağlı tələblər – əsas vəzifə öhdəlikləri, vəzifə tələbləri, təhsil, dil bilikləri, iş təcrübəsi, kompetensiyalar və texniki bacarıqlarla bağlı şərtlər yer alıb. Maraqlanan namizədlər CV-lərini “Personal Assistant” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər (futbolxeber).





















