Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, Finlandiya hökuməti ölkədə nüvə silahlarının idxalına və saxlanmasına icazə vermək üçün parlamentə təklif təqdim edib.
Hökumət Finlandiya müdafiəsi, NATO kollektiv müdafiəsi və ya müdafiə əməkdaşlığı kontekstində Finlandiyada nüvə cihazlarının idxalı, daşınması, təchizatı və ya saxlanmasına qarşı hüquqi maneələrin aradan qaldırılmasını təklif edir.
“Qanun layihəsi gözlənilməz əməliyyat mühitində Finlandiyanın təhlükəsizliyini maksimum dərəcədə artırmağı hədəfləyir. Nüvə cihazlarına qarşı hüquqi maneələri aradan qaldırmaqla, biz çəkindirmə və müdafiəmizi gücləndirə, Finlandiya və Alyansa qarşı hərbi güc tətbiqi həddini artıra bilərik”, – deyə Finlandiyanın müdafiə naziri Antti Häkkänen bildirib.
Qeyd edək ki, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan əvvəl Finlandiya neytral ölkə kimi NATO üzvü deyildi və ölkə qanunvericiliyinə görə nüvə silahının idxalı və saxlanması qadağan idi.





















