image-1200_0_1767972822-3655backend

Fransa NATO-dan təcili çıxmalıdır – Vitse- spikerdən qalmaqallı təklif

image-ads-728x90

Fransada ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxması məsələsi siyasi müzakirə predmetinə çevrilib. Korrekt.az xəbər verir ki, bu təşəbbüslə Fransa Parlamentinin vitse-spikeri Klemens Gött çıxış edib.

Gött sosial şəbəkə X səhifəsində paylaşım edərək bildirib ki, ABŞ prezidenti Donald Trampın beynəlxalq hüquqa zidd addımları Fransanın NATO-da iştirakını yenidən nəzərdən keçirməyi zəruri edir. Onun sözlərinə görə, ABŞ-ın bir sıra beynəlxalq proseslərdə tutduğu mövqe ciddi narahatlıq doğurur.

Paylaşımda qeyd olunur ki, Tramp administrasiyası Venesuelada dövlət başçısının qaçırılması ilə bağlı addımlar atıb, Fələstində baş verən hadisələrdə İsrailə hərbi dəstək göstərərək soyqırımı dəstəkləyib, Qrenlandiya ilə bağlı mümkün silahlı ilhaq təhdidləri irəli sürüb və beynəlxalq hüququ pozaraq müxtəlif ölkələrə qarşı bombardmanlar həyata keçirib.

Klemens Gött vurğulayıb ki, bu səbəblərdən Fransanın ABŞ-ın rəhbərlik etdiyi və idarə etdiyi hərbi ittifaqda qalması sual altındadır. O, NATO-dan planlaşdırılan çıxışla bağlı parlamentə qətnamə layihəsi təqdim edəcəyini açıqlayıb.

“İlk mərhələdə NATO-nun inteqrasiya olunmuş hərbi komandanlığından çıxmaq təklif olunur”, – deyə Fransa Parlamentinin vitse-spikeri bildirib.

Qeyd edək ki, bu açıqlama Fransada NATO ilə münasibətlərə dair müzakirələri daha da gücləndirib və yaxın dövrdə mövzunun parlament səviyyəsində geniş müzakirə olunacağı gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki