Girona klubunun baş məşqçisi Miçel Dominik Livakoviçlə bağlı sensasion açıqlama verib. Korrekt.az xəbər verir ki, xorvat qapıçı komandanı tərk etmək istədiyi üçün son oyunda meydana çıxmaqdan imtina edib:
“Dominik Livakoviç getmək istəyir. Burada oynamaq istəmir, onun prioriteti Dünya Kubokudur. Gazzaniga xəstə olmasına baxmayaraq oynamaq məcburiyyətində qaldı, çünki Livakoviç oynamaq istəmədi. Bu vəziyyətə görə çox əsəbiyəm”, – deyə Miçel bildirib.
Bu olaydan sonra Livakoviçin əvvəlki klubu Dinamo Zaqreb ilə razılığa gəldiyi və yenidən Xorvatiyaya qayıdacağı barədə iddialar daha da güclənib.





















