image-default-1backend

Gürcüstanda 20 milyon dollar dəyərində heroin müsadirə edilib

image-ads-728x90

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları qara bazar dəyəri təxminən 20 milyon dollar olan 157 kiloqram heroin partiyasını müsadirə ediblər. Korrekt.az xəbər verir ki, bu barədə DİN-in müavini Aleksandr Daraxvelidze məlumat verib.

Nazir müavininin sözlərinə görə, dekabrın 30-da keçirilən əməliyyat zamanı İran vətəndaşı qonşu ölkə ərazisindən yük avtomobili ilə Gürcüstana 157 kq heroin gətirməyə cəhd göstərərkən saxlanılıb. Narkotik maddənin mərmər lövhələrə gizlədildiyi müəyyən edilib.
Aleksandr Daraxvelidze bildirib ki, faktla bağlı istintaq davam etdirilir və cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd olunub ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan maddələri ilə aparılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki