image-1backend

İmamdan iyrənc əməl:  Azyaşlı qızlara təcavüz etdi

image-ads-728x90

London Mirror qəzetinin məlumatına görə, Londonda bir imam “qara sehr” təhdidi altında törədilən təcavüzlərə görə həbs cəzasına məhkum edilib.

Korrekt.az xəbər verir ki, Londonun Tower Hamlets rayonunda  imam olan 54 yaşlı Əbdül Halim Xan 2004-2015-ci illər arasında üçü yeniyetmə qız da daxil olmaqla yeddi qurbana qarşı  cinsi təcavüzdə ittiham olunur.

Xan dini lider kimi nüfuzundan istifadə edərək qurbanlarını fövqəltəbii güclərə malik olduğuna inandırıb. Pedofil onların cinlərə ( pis ruhlarına) sahib olduğunu iddia edib və təcrid olunmuş yerlərdə görüşmək müqabilində qorunma vəd etdi və orada qızlara təcavüz etdi.

Qurbanları qorxutmaq üçün onları “qara sehr”lə hədələdi və dostlarına və ya qohumlarına onun hərəkətləri barədə danışacaqları təqdirdə ailələrinə lənət oxuyacağına söz verdi.

İstintaq 2017-ci ildə, 12 yaşlı qurbanlardan birinin hadisə barədə müəlliminə danışmasından sonra başlayıb. Detektivlər işin bir hissəsi olaraq 50-dən çox şahidi dindiriblər.

Xan ittihamları rədd edərək qurbanları sui-qəsddə günahlandırsa da, münsiflər heyəti onu günahkar hesab etdi. Məhkəmə yekun hökmünü gələn ay verəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki