image-11backend

“İran artıq iqtisadi cəhətdən çöküb” – İqtisadçı alim

image-ads-728x90

“İranı idarə edən dairələr ABŞ və onun prezidenti Donald Trampı sərt şəkildə hədələmələrinə baxmayaraq, hazırkı ağır şəraitdə Ağ Ev rəhbərliyi ilə dialoqu zəruri hesab ediblər.” – bu fikirləri saytımıza açıqlamasında  İqtisad Elmləri üzrə fəlsəfə doktoru, ekspert Arzuman Muradlı bildirib.

image-1

Arzuman Muradlının sözlərinə görə , Tehranda yaxşı anlayırlar ki, Donald Tramp “İrana müdaxilə edə bilərik” deyərkən, bu bəyanatlar real addımlarla müşayiət oluna bilər.

“İran artıq iqtisadi cəhətdən çöküb. Pul vahidi rial bu gün tarixi minumuma enib. Bu isə demək olar ki, ölkənin pul vahidinin tamamilə çöküşüdür. İran artıq anlayır ki, iqtisadi çöküş indiki hökumətin tamamilə sıradan çıxmasına gətirib çıxaracaq. Reallıq isə budur ki, hökumət bu çətin anda ABŞ-ın zərbələrindən yayınmaq üçün hərəkətə keçib. Məhz bu riski minimuma endirmək üçün İranın mühafizəkar qanadı xarici işlər naziri Abbas Əraqçiyə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə qurmaq tapşırığı verib. “– deyə iqtisadçı alim bildirib.

Arzuman Muradlı eyni zamanda İran Prezidenti Məsud Pezeşkianın da Vaşinqtonla dialoqun tərəfdarı olduğunu istisna etmir.

“Hazırda Donald Tramp İrana hərbi zərbə endirilməsinin tərəfdarı deyil. Ona təqdim olunan hesabatlarda vurğulanır ki, raket zərbələri mühafizəkar dairələrin maraqlarına uyğun ola, “xarici düşmən” amili ətrafında İran cəmiyyətini birləşdirə bilər. Bununla yanaşı, əks ssenari də mümkündür. Belə ki, hərbi müdaxilə ölkə daxilində gərginliyi daha da artıra, daxili qarşıdurmanı dərinləşdirə bilər. Mühafizəkar dairələr isə məhz bu ehtimaldan ciddi şəkildə narahatdırlar. Bu səbəbdən Tramp administrasiyası iki fərqli yanaşma arasında qəti qərar verməkdə tərəddüd edir. İran mühafizəkarları isə yaranmış vəziyyətdən istifadə edərək vaxt qazanmağa, ABŞ konkret və sərt addımlar atana qədər ölkə daxilindəki etirazları zor gücü ilə nəzarət altında saxlamağa çalışırlar.”-deyə Arzuman Muradlı əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki